Arayikin qızları Xankəndidən qaçıb
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb
Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın qızları Qarabağı tərk edib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Xəbərdə deyilir ki, qızlardan biri ailə qurduqdan sonra, digəri təhsil bəhanəsi ilə İrəvana köçüb.
Bundan əlavə, Arutyunyanın “fövqəladə dövlət xidməti”nin əməkdaşı olan kürəkəni də işdən çıxarılıb. O, Qarabağı tərk edərək, Ermənistana yollanıb.