Boris Conson səkkizinci dəfə ata olub FOTO
Bu barədə "Daily Mail" xəbər verir
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson səkkizinci dəfə ata olub, onun Frenk Artur Odissey adlı oğlu olub. "Daily Mail" Consonun həyat yoldaşı Kerriyə istinadən xəbər verir.
Bu, cütlüyün üçüncü övladıdır. Consonun keçmiş həyat yoldaşı Marina Uilerdən dörd yetkin övladı, eləcə də sənət tarixçisi Helen Makintayrdan qeyri-qanuni qızı var.