Prezident ad günündə ailə üzvlərini təltif etdi FOTO
COP29-da fəal iştiraklarına görə
Prezidentin nəvələri Mikayıl Ağalarov və Əli Ağalarov COP29-da fəal iştiraklarına görə İlham Əliyev tərəfindən Təşəkkürnamə ilə təltif ediliblər.
Prezident “Təşəkkürnamə”ləri onlara şəxsən təqdim edib.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı təltif edib.
Bu barədə Leyla Əliyeva və Arzu Əliyeva özlərinin "Instagram" profilində paylaşım ediblər.
Leyla Əliyeva: "Şadam ki, COP29-da, bir çoxları kimi, mənim də əməyimə yüksək qiymət verilib".
Arzu Əliyeva: "Sevinirəm ki, COP29-da mənim də zəhmətim diqqətə layiq görülüb və yüksək qiymətləndirilib".