XƏBƏRLƏR / Rəsmi

Azərbaycanlı mina qurbanlarının sayı 399 nəfərə çatdı

Xarici İşlər Nazirliyinin rəsmi şərhi

Azərbaycanlı mina qurbanlarının sayı 399 nəfərə çatdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə "X" sosial şəbəkəsində Ağdamda mina hadisəsi ilə bağlı paylaşım edib.

    Paylaşımda deyilir:

    "İyunun 30-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində faciəli mina hadisəsi baş verib, nəticədə Ağdamda bir polis əməkdaşı ağır yaralanıb. Partlayış nəticəsində zabitin sağ ayağı amputasiya edilib.

    Bu hadisə 2020-ci il müharibəsinin bitməsindən bu yana azərbaycanlı mina qurbanlarının ümumi sayını 399 nəfərə çatdırıb.

    Ermənistanın minalanmış ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı imtina etməsi mülki əhali və bu ərazilərdə yaşayan bütün insanlar üçün ciddi təhlükə yaradır.

    Beynəlxalq ictimaiyyət bu davam edən humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır".