XƏBƏRLƏR / Diaspora

Azərbaycanlı vəkil Ələkbər Qarayev Rusiyada saxlanılıb

Rusiyada azərbaycanlıların təqibi davam edir

Azərbaycanlı vəkil Ələkbər Qarayev Rusiyada saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanlı vəkil Ələkbər Qarayev Rusiyada saxlanılıb

    Rusiya hüquq-mühafizə orqanları Qarayevi iki tanışı ilə birlikdə Krasnoyarsk şəhərində saxlayıb.

    Rusiyanın Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İstintaq Komitəsi açıqlamasında Qarayevin dələduzluq şübhəsi ilə saxlanıldığını bildirib.

    O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən törədilmiş xüsusilə külli miqdarda dələduzluğa cəhd) ilə cinayət törətməkdə şübhəli bilinir. Məhkəmə artıq vəkil barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

    Qarayev və tanışlarının Krasnoyarsk diyarının ən böyük tikinti şirkəti olan Sibiryak tikinti şirkətinin prezidenti Vladimir Yeqorovdan rüşvət aldıqları bildirilir.

    Qeyd edək ki, Yeqorovun özü hazırda dələduzluq ittihamı ilə ev dustaqlığındadır.