XƏBƏRLƏR / Diaspora

Yekaterinburqda azərbaycanlıların məhkəməsi başlayıb

Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və Səfərov ailəsinin üzvləri mühakimə olunur

Yekaterinburqda azərbaycanlıların məhkəməsi başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yekaterinburq Kirov Məhkəməsində Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və Səfərov ailəsinin üzvlərinin işi üzrə andlılar heyətinin seçimi başlayıb. Rusiya mediasının məlumatına görə, Şıxlinski, Məzahir, Akif, Ayaz, Bəkir və Əhliman Səfərov qardaşları və Şücayəddin Rəcəbov müttəhimlər kürsüsündədirlər.

    Onlar qətl, qətlə cəhd, qətldə iştirak və dövlət məmuruna qarşı zorakılıqda ittiham olunurlar. Onlar özlərini günahkar hesab etmirlər.

    Ötən il iyunun 27-də Rusiya təhlükəsizlik qüvvələri Səfərov ailəsinin üzvlərinin yaşadığı Yekaterinburqda müxtəlif ünvanlarda reydlər keçiriblər. Basqın zamanı Hüseyn və Ziyəddin Səfərov qardaşları ölümcül şəkildə döyülüb, qətlə yetirilən kişilərin qardaşı Bəkir Səfərov da daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

    Daha sonra Şahin Şıxlinski və oğlu Mütvalə Şıxlinski Yekaterinburqda həbs ediliblər. Mütvalə Şıxlinskiyə qarşı dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə ittiham irəli sürülüb.

    Bu cinayət işi ilə əlaqədar olaraq, Mütvəla Şıxlinski 2025-ci ilin iyul ayında həbs edilib və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Şahin Şıxlinski avqustun 2-də Moskvada həbs olunaraq Yekaterinburqa köçürülüb. Avqustun 24-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.