Azərbaycanlı xanım Nobel Sülh Mükafatına namizəd olub
Güneyli soydaşımız Nərgiz Muhammədi hazırda İran həbsxanasında həbsdədir
İnsan Hüquqlarını Müdafiə Birliyinin Güney Azərbaycanın Zəncan şəhərindən olan sədr müavini Nərgiz Muhammədinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Onun namizədliyi Oslodakı Sülh Araşdırmaları İnstitutunun (PRIO) direktoru Henrik Urdalın açıqladığı qısa siyahıya daxil edilib.
O, siyahıda ən yüksək yer tutan namizədlərin adını çəkib, Məhəmmədi isə birinci yerdə qərarlaşıb tutub.
2022-ci ildə o, Parisdə Sərhədsiz Reportyorların "Cəsarət" kateqoriyasında Mükafatına layiq görülüb.
Məhəmmədi hazırda İran həbsxanasında həbsdədir.