XƏBƏRLƏR / Neft və Qaz

"Azeri Light" neftinin qiyməti 95 dolları ötüb

Məlumat dünya birjalarından gəlib

"Azeri Light" neftinin qiyməti 95 dolları ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,23 dollar və ya 1,31% artaraq 95,16 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 93,93 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.