XƏBƏRLƏR / Qayıdış

“Azəristiliktəchizat” Şuşada 7 qazanxananı istismara verib

ASC-nin fəaliyyəti dövlət proqramı çərçivəsində müəyyənləşdirilir

“Azəristiliktəchizat” Şuşada 7 qazanxananı istismara verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azəristiliktəchizat” ASC Şuşa şəhərində 7 qazanxana tikib istismara verib.

    APA-Economics” xəbər verir ki, bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

    Onun sözlərinə görə, işğaldan azad olunmiş digər ərazilərdə ASC-nin fəaliyyəti dövlət proqramı çərçivəsində müəyyənləşdirilir.

    "Burada bizim vəzifəmiz işğaldan azad edilmiş ərazilərin optimal istilik və isti su təchizatı lahiyələri ilə bağlı təkliflərin verilməsidir. Yəni biz, baş planlar işlənərkən şəhərsalma komitəsi ilə birlikdə həmin ərazilərdə istilik təchizatı sistemlərinin qurulmasına dair öz təkliflərimizi veririk. Artıq Ağdam və Füzuli ilə bağlı təkliflərimizi vermişik. Tikinti quraşdırma işləri isə tender əsasında yerinə yetirilir”, - deyə İlham Mirzəliyev vurğulayıb.