XƏBƏRLƏR / Qayıdış

Azərkeşlər Xankəndiyə axışırlar FOTO/VİDEO

Bu gün “Qarabağ” və MOİK arasında görüş keçiriləcək

Azərkeşlər Xankəndiyə axışırlar FOTO/VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:00

    Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

    Günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda “Qarabağ” I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.

    Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.

    Artıq Xankəndi stadionuna tamaşaçı axını başlayıb.

    ***

    “Qarabağ” və MOİK arasında keçiriləcək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununa gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalislər Xankəndiyə çatıblar.

     ANS Press xəbər verir ki, azarkeşlər Ağdam-Xankəndu yolu ilə gediblər.

    Qeyd edək ki, qarşılaşma saat 14:00-da başlayacaq. Bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.