XƏBƏRLƏR / Turizm

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi başlayır

“AITF 2023” sərgisində dünyanın müxtəlif ölkələrindən şirkətlər iştirak edir

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi başlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2023-cü il aprelin 4-dən aprelin 6-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” sərgisi keçiriləcək!

    “AITF 2023” sərgisində dünyanın müxtəlif ölkələrindən, xüsusilə Azərbaycan, Belarus, Bolqarıstan, Gürcüstan, Kuba, Özbəkistan, Polşa, Rusiya, Sloveniya, Tunis, Çexiya, İsveçrə və digər ölkələrdən şirkətlər iştirak edir.

    Bu il sərgi aşağıdakı sahələri əhatə edəcək:

    ⏺Səyyar turizm
    ⏺Daxili turizm
    ⏺Giriş turizmi

    Tədbirin ziyarətçiləri turizm sektoru üzrə iştirakçı şirkətlərin ən son təklifləri, “Azərbaycan fotoqrafların gözü ilə” adlı fotoqalereya, Panel müzakirəsi: Turizmdə rəqəmsal texnologiyalar, İstedadlar məkanı: Mütəxəssis ol turizm sahəsi və s. Sərgi çərçivəsində səyahət blogerləri ilə görüş və daha çox şeylər olacaq. Ətraflı məlumat linkdə: www.aitf.az