XƏBƏRLƏR / Turizm

Türkiyə otellərində hər şey daxil sistemi ləğv ediləcək?

Bu barədə "Hürriyet" qəzeti yazır

Türkiyə otellərində hər şey daxil sistemi ləğv ediləcək?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə otel və mehmanxanalarda hər şey daxil sisteminin ləğvi məsələsi yenidən gündəmə gətirilir - "Hürriyet" yazır.

    Mütəxəssislər hesab edirlər ki, bu qida sistemindən geniş istifadə gələcəkdə yeni problemlərə səbəb ola bilər və mehmanxanaçılara ondan imtina etməyi düşünməyi tövsiyə edirlər.

    Bununla belə, Antalya merinin turizm üzrə müşaviri Osman Ayık hesab edir ki, Türkiyə turizm xidmətlərinin göstərilməsinə yeni yanaşmalar mümkün olsa da, "hər şey daxi"l formatından tam imtina edə bilməyəcəklər.