“Titanik”ə baxmağa gedənlərin oksigeni qurtardı
Qayıqda 96 saatlıq oksigen balonu və 5 nəfər olub
Xəbər verdiyimiz kimi, iyunun 20-də Kanadanın cənub-şərq sahillərində turistləri "Titanik" gəmisinin qalıqlarına baxmağa aparan sualtı qayıqla əlaqə kəsilib. ABŞ və Kanadaya məxsus gəmi və təyyarələr sualtı qayığı tapmaq üçün səfərbər edilib.
Sualtı qayıqda oksigen artıq başa çatıb.
Qayıqda 96 saatlıq oksigen balonu və 5 nəfər olub.
Xatırladaq ki, Böyük Britaniyaya məxsus "Titanik" sərnişin gəmisi 1912-ci ildə ilk səyahətində aysberq çırpılaraq batıb və 1500-dən çox insan həlak olub.