XƏBƏRLƏR / Turizm

Şuşaya turist səfərləri başlayır

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib

Şuşaya turist səfərləri başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı deyib.

    O bildirib ki, məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır: "Hazırda İşğaldan azad olunan ərazilərimizin turizm potensialının qiymətləndirilməsi üçün işlər davam etdirilir".