Aİ monitorinq missiyası Ermənistanda işinə başladı
Bu barədə Aİ Şurası bəyanat yayıb
Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi müşahidəçi missiyası öz işinə başlayıb. Bu barədə Aİ Şurasının bəyanatında bildirilir.
Bildirilir ki, mülki xarakter daşıyan missiya Azərbaycanla vəziyyətin nizamlanmasına töhfə vermək üçün nəzərdə tutulub.
100 nəfərdən ibarət missiya 2 il müddətində fəaliyyət göstərəcək.