XƏBƏRLƏR / Diplomatiya

Bakı-İrəvan sülh sazişinin Moskvada imzalanması istəyi

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin dilinə gətirib

Bakı-İrəvan sülh sazişinin Moskvada imzalanması istəyi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Ermənistan və Azərbaycana öz ərazisində sülh müqaviləsi imzalamağı təklif edir.
    “Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün yer ayırmaq təklifi qüvvədə qalır.
    Aydındır ki, bu planın həyata keçirilməsi üçün hələ çox mühüm işlər görülməlidir. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün İrəvan və Bakıya bütün lazımi yardımı göstərməyə hazırıq”, - deyə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən ziyafətdə bildirib.


    Qaluzin Rusiyanın ölkələr arasında münasibətlərin normallaşmasına xüsusi önəm verdiyini qeyd edib və əlavə edib ki, Rusiya İrəvanla Bakı arasında sülh prosesində mühüm və səmərəli rol oynayıb.