Bakı metrosunda maşinistsiz qatarlar olacaq
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib
Metronun nümayəndəsi Bəxtiyar Məmmədov bildirib ki, bunun üçün fərqli idarəetmə sistemli digər növ qatarlar cəlb edilməlidir.
Hazırda tikilməkdə olan stansiyalarda pilotsuz idarəetmə sistemini tətbiq etmək mümkün olacaq, lakin bu, o qədər də tez baş verməyəcək”, - o əlavə edib.
Yeni nəsil qatarlar daha çox sərnişin qəbul edə bilir. Onların interyeri daha rahat və sakitdir, qapılar isə mümkün qədər genişdir.