XƏBƏRLƏR / Hava

Bakı-Şamaxı yolu buz bağlayıb

Avtomobillərin hərəkətində çətinlik yaranıb

Bakı-Şamaxı yolu buz bağlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı-Şamaxı avtomobil yolu buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Məlumata görə, yolda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.

    Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub: “Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər”.