XƏBƏRLƏR / Neft və Qaz

Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi

SOCAR xəbər verir

Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstismara veriləndən 1 aprel 2025-ci ilədək “Bakı-Supsa” Qərb İxrac Boru Kəməri vasitəsilə ümumilikdə 738 milyon barel neft nəql olunub.

    Bu barədə SOCAR xəbər verir.

    “Bakı-Supsa” Qərb İxrac Boru Kəməri 17 aprel 1999-cu ildə istismara verilib. Layihənin həyata keçirilməsi Azərbaycanın neft ixrac marşurutunun şaxələndirilməsi və beynəlxalq enerji bazarlarına inteqrasiyasına mühüm töhfə verib", - məlumatda qeyd olunur.

    Qeyd edək, ki “Bakı-Supsa” neft kəmərinin tikintisinə 1996-cı ildə başlanılıb, 1998-ci ildə isə başa çatdırlıb. Kəmərin ümumi uzunluğu 829 kilometr, diametri isə 21 düym təşkil edir. Kəmərin maksimum gündəlik ötürmə gücü 146 min bareldir.