Bakı Təşəbbüs Qrupunun Ka Ubuntu hərəkatı ilə memorandumu
Ka Ubuntu Reunion adasının Fransadan müstəqilliyi uğrunda mübarizə aparan hərəkatdır

Bakı Təşəbbüs Qrupu (BİG) ilə Reunion adasının Fransadan müstəqilliyi uğrunda mübarizə aparan Ka Ubuntu hərəkatı arasında memorandum imzalanıb.
Sənədi BIG icraçı direktoru Abbas Abbasov və Ka Ubuntu-nun sədri Romain Catambara Bakıda “Birləşmə Müstəqilliyi: Fransanın müstəmləkə irsinə baxış və suverenliyə aparan yol” mövzusunda keçirilən beynəlxalq konfransda imzalayıblar.
Bildirilib ki, memorandum praktiki əməkdaşlığı nəzərdə tutur.
Reunion adası BIG-in əməkdaşlıq etdiyi Fransanın 11-ci xarici ərazisidir.