XƏBƏRLƏR / Rəsmi

Bakı Trampın Sülh Şurasının təsisçi üzvü olmağa razıdır

Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir

Bakı Trampın Sülh Şurasının təsisçi üzvü olmağa razıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının təsisçi üzvü olmaq dəvətini qəbul edib.

    Açıqlamada deyilir:

    "16 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan Respublikasını təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib.  

    Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsindəmüvafiq tədbirlər həyata keçiriləcəkdir.   

    Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır".