XƏBƏRLƏR / Rəsmi

Lukaşenko və Əsədov Minskdə danışıq aparıblar YENİLƏNİB

Bu barədə Belarus mənbələri məlumat yayıb

Lukaşenko və Əsədov Minskdə danışıq aparıblar YENİLƏNİB
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 13:47

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

    Azərbaycanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb.

    Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub.

    Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

    ***

    13:09

    Belarus və Azərbaycan üçüncü ölkələrə qarşı dost deyillər, iki dövlətin xalqlarının maraqları naminə öz işlərini görürlər. Bu barədə oktyabrın 3-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə bildirib.

    “Beynəlxalq arenada, bizim münasibətlərimizdə, Belarus və Azərbaycanda hər cür eniş-yoxuşlara baxmayaraq, siz və mənim dostum, çox yaxın dostum və qardaşım İlham Heydəroviç (İlham Əliyev, Azərbaycan Prezidenti - red.) bilməlisiniz ki, Belarusla Azərbaycan arasında heç bir açıq qalan məsələ yoxdur” deyən dövlət başçısı vurğulayıb ki, “Eyni zamanda, biz heç bir beynəlxalq hüquq normasını pozmuruq, biz üçüncü dövlətlər əleyhinə dost deyilik, öz xalqlarımız naminə işimizi görürük".

    Prezident qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən iki ölkə arasında isti münasibətlər yaranıb: “Biz çox mehriban idik, biz həmişə qarşılıqlı anlaşma, dəstək tapmışıq, biz onun atası ilə aramızda olan münasibət səviyyəsini qoruya bildik”.

    "Ona görə də, siz Belarusa xoş gəlmisiniz, siz bizim üçün yaxın insansınız, çox yaxın ölkəni təmsil edirsiniz", - Aleksandr Lukaşenko əlavə edib. Prezident qeyd edib ki, Azərbaycan Rusiya ilə yanaşı Belarusa ən yaxın ölkələrdən biridir.

    Dövlət başçısı 2024-cü ilin mayında Azərbaycana dövlət səfəri zamanı tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruriliyini qeyd edib. Bu mövzu, prezidentin dediyi kimi, bir gün əvvəl Belarusun Baş naziri Roman Qolovçenko ilə ikitərəfli münasibətlərin iqtisadi aspektlərini vurğulayaraq müzakirə edib.

    “Əgər bugünkü səfəriniz və sizin Belarusda olmanız nəticəsində sürəti artırmaq imkanı tapsaq, biz prezidentlər olaraq sizə müdaxilə etməyəcəyik, buna mane olmayacağıq”, - deyə Belarus lideri bildirib.

    Aleksandr Lukaşenko Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda qarşılıqlı dəstəyin mövcudluğuna da diqqət çəkib. “Bizim heç bir problemimiz yoxdur, biz bir-birimizi dəstəkləyirik, dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik” – deyə, dövlət başçısı bildirib.

    “Münasibətlərimiz dövlətlərarası və şəxsi münasibətlərin yaxşı qarışığıdır və bu, bizim münasibətlərimizdə mövcud olan səviyyəyə öz töhfəsini verir”, - deyə Aleksandr Lukaşenko vurğulayıb.

    Azərbaycanın Baş naziri Əli Əsədov öz növbəsində görüş imkanına görə təşəkkür edib: “Bu, mənim və nümayəndə heyətimiz üçün böyük şərəfdir”.

    Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb: “O, mənə dostluq və qardaşlıq salamlarını çatdırmağı tapşırıb”.

    Əli Əsədov Belarusla Azərbaycan arasında dostluq münasibətlərinin tarixən inkişaf etdiyini və Azərbaycan Prezidentinin buna xüsusi önəm verdiyini vurğulayıb. Ölkə rəhbərləri səviyyəsində yaxşı münasibətlərin formalaşması da vacibdir: "Biz, hökumət üzvləri, borcluyuq və liderlərimizin bizə verdiyi tapşırığı böyük məmnuniyyətlə yerinə yetiririk" dedi Baş nazir.

    O xatırladıb ki, Belarus Prezidentinin bu ilin mayında Azərbaycana dövlət səfərindən sonra dövlət başçıları hökumətlər qarşısında bir sıra vəzifələr qoyublar ki, bu da hazırda birgə iş üçün yol xəritəsi rolunu oynayır. “Biz Belarusa böyük nümayəndə heyəti ilə gəlmişik”, - deyə Əli Əsədov qeyd edib.

    ***

    12:28

    Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında Azərbaycanın Baş naziri Əli Əsədovla danışıqlar aparır.

    Bu barədə “Pul Pervovo” teleqram kanalında məlumat yayılıb.

    Lukaşenko: "Bizim şəxsi münasibətlərimiz dövlətlərarası münasibətlərin toxumasına hörülüb. Bu da bizim münasibətlərimizin səviyyəsinə töhfə verir. Azərbaycan üçün nə edə biləcəyimizi söyləyin. Biz hər şeyi edəcəyik. Bu günə qədər belə olub. Bundan sonra da belə olacaq. Əminəm ki, Azərbaycan bizim üçün əlindən gələni edəcək."

    Məlumatda bildirilib ki, çoxsaylı görüşlər, danışıqlar olacaq.

    Qeyd edək ki, Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun dəvəti ilə ötən gün Belarusa rəsmi səfərə gedib.