XƏBƏRLƏR / Hava

Bakı və Abşeronda güclü külək olub

Faktiki hava

Bakı və Abşeronda güclü külək olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

    Sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Qobustanda 16 m/s-dək güclənib.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 4, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.