Bakı İslamabadla maye qazla bağlı tarixi saziş imzalayacaq
Bu barədə Pakistanın neft naziri Musadiq Malik bildirib
Bu gün Bakı və İslamabad maye qazla (LNG) bağlı tarixi saziş imzalayacaqlar.
Pakistan Azərbaycandan hər ay LNG alacaq. Pakistanın neft naziri Musadiq Malik belə deyib.
Onun sözlərinə görə, saziş qış mövsümündə ölkədə qaz qıtlığı problemini aradan qaldırmağa kömək edəcək.
Azərbaycan tərəfdən 12 LNG tankerinin alınacağı gözlənilir.