XƏBƏRLƏR / Energetika

Bakı və London sualtı kabel sahəsində əməkdaşlıq edəcəklər

Energetika naziri Şahbazov və Britaniyanın Bakıdakı səfiri Oldun iştirakı ilə Anlaşma Memorandumu imzalanıb

Bakı və London sualtı kabel sahəsində əməkdaşlıq edəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Old ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib.

    Görüş zamanı Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti (GECO) və Xlinks arasında sualtı kabel layihələrində və əlaqəli infrastrukturda əməkdaşlıq imkanlarının araşdırılmasını, informasiya mübadiləsini və texniki qiymətləndirmələri nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

    GECO, Azərbaycan, Gürcüstan və Rumıniya arasında Macarıstanda Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsini həyata keçirmək üçün yaradılmış birgə müəssisədir. Bu layihə Qara dənizin dibi boyunca 1200 kilometrlik kabelin çəkilməsini nəzərdə tutur ki, bu da Azərbaycandan Gürcüstana və daha sonra Avropaya elektrik enerjisi idxalına imkan verəcək.