“AzərEnerji” ilə İtaliya şirkəti memorandum imzaladı
Bu barədə “AzerEnerji”dən məlumat verilib
“AzərEnerji” ASC və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında dekarbonizasiya, kadr hazırlığı, karbon tutma, yaşıl hidrogen, kiçik modul reaktorları və başqa istiqamətləri əhatə edən anlaşma memorandumu imzalanıb.
Bu barədə “AzerEnerji”dən məlumat verilib.
Bildirilib ki, COP29 çərçivəsində “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbrinin başçılıq etdiyi nümayəndə heyəti “AzərEnerji” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonunda olublar. İtaliyalı qonaqlarla “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev arasında görüş olub.
“AzərEnerji” ilə “Ansaldo Energia” şirkəti arasında elektrik enerjisinin istehsal sistemləri, yaşıl hidrogen istehsalına dair təcrübə mübadiləsi ilə bağlı anlaşma memorandumu "yaşıl enerji" keçidinə mühüm töhfə verəcək.