Mikayıl Cabbarov fransız şirkətilə nəyi müzakirə edib?
Azərbaycanın iqtisadiyyat naziri "Total Energies" şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Total Energies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə bərpa olunan enerji mənbələrinin istehsalı sahəsində əməkdaşlığı müzakirə edib.
Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tərəflər COP29 çərçivəsində işgüzar nahar keçirib.
Metan tullantılarının azaldılması istiqamətində sənaye liderlərinin fəaliyyəti və bu sahədə ölkəmizin potensialından istifadə barədə fikir mübadiləsi aparılıb. “Total Energies” şirkətinin Azərbaycanda külək və günəş enerjisi layihələrinin və enerji anbar sistemlərinin icrası müzakirə edilib. Şirkət Xəzər regionunda bərpa olunan enerji layihələrində iştirak etməkdə maraqlı olduğunu bildirib.
Ölkəmizdə “yaşıl enerji”nin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında da fikir mübadiləsi aparılıb.