Bakı və Pekin əməkdaşlığın inkişafını müzakirə ediblər
Prezidentinin xüsusi nüayəndəsi Elçin Əmirbəyov Çin xarici işlər nazirinin müavini Lyu Bin Pekində görüşüb
Bakı və Pekin ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.
Çin xarici işlər nazirinin müavini Lyu Bin Pekində Azərbaycan Prezidentinin xüsusi nüayəndəsi Elçin Əmirbəyovla görüşüb. Lyu Bin Çinin bütün sahələrdə əməkdaşlığı hərtərəfli dərinləşdirmək və yüksək səviyyəli ikitərəfli münasibətlərdə yeni nailiyyətlər əldə etmək üçün Azərbaycanla işləməyə hazır olduğunu bildirib.
Əmirbəyov öz növbəsində Bakının "vahid Çin" prinsipinə sadiq qaldığını, Prezident Si Cinpinin təklif etdiyi dörd qlobal təşəbbüsü dəstəklədiyini və mühüm razılaşmaların həyata keçirilməsi üçün Pekinlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
1 dəqiqədən az