XƏBƏRLƏR / Kriminal

Bakıda aptekə basqın edilib

Quldurluq hadisəsini törətmiş şəxs saxlanılıb

Bakıda aptekə basqın edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aptekə basqın edən şəxs saxlanılıb.

    Binəqədi rayonunda yerləşən aptekdə əczaçı işləyən Sevinc Qabulova aptekə tanımadığı şəxsin bıçaqla daxil olaraq, ona hədə-qorxu gələrək 232 manat pulunun alındığı barədə polisə müraciət edib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün quldurluq hadisəsini törətmiş şəxs, 1986-cı il təvəllüdlü Nurlan Adgözəlov saxlanılıb.

    Faktla bağlı cinayət işi açılıb.