XƏBƏRLƏR / Kriminal

İstanbuldakı atışmada Azərbaycan vətəndaşı yaralanıb

Silahlı hücum nəticəsində ikisi ağır olmaqla, üç nəfər güllə yarası alıb

İstanbuldakı atışmada Azərbaycan vətəndaşı yaralanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə atışma zamanı zamanı Azərbaycan vətəndaşı yaralanıb.

    Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

    Hadisə İstanbulun Şişli səmtindəki restoranlardan birində baş verib.

    Məlumata görə, iki nəfər Böyükdərə küçəsində yerləşən otel restoranında oturan insanlara atəş açıb.

    Silahlı hücum nəticəsində 3 nəfər - Erkan A., Beyhan T. və Azərbaycan vətəndaşı Hüseyn M. güllə yarası alıb.

    Canayətkarlar hadisə yerindən qaçıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Erkan A. və Beyhan T.-nin vəziyyəti ağırdır. Azərbaycan vətəndaşı yüngül bədən xəsarətləri alıb.

    Polis əməliyyata başlayıb.