XƏBƏRLƏR / Kriminal

Türkiyədə məktəbə silahlı hücum edən intihar edib FOTO

Bu barədə NTV məlumat yayıb

Türkiyədə məktəbə silahlı hücum edən intihar edib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:21

    Türkiyədə məktəbə hücum edən şəxs intihar edib.

    Şanlıurfa qubernatorunun sözlərinə görə, yaralanan 16 nəfərdən 10-u məktəbli olub, bir müəllimin vəziyyəti isə ağırdır.

    Hücumçu 2007-ci il təvəllüdlü olub və əvvəllər orta məktəbdə oxuyub.

    Şanlıurfa əyalətinin qubernatoru Türkiyənin cənub-şərqindəki məktəbə hücum edənin öldüyünü açıqlayıb.
    "2007-ci il təvəllüdlü hücumçu polis əməliyyatı zamanı ölüb. On altı nəfər yaralanıb. Bunlardan dördü müəllim, 10 şagird, bir polis məmuru və bir bufet işçisi olub", - qubernator TRT-yə bildirib.

    ***

    12:26

    Türkiyədə liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb.

    Bu barədə NTV məlumat yayıb.

    Qeyd olunub ki, hadisəni törədən məktəbli özünü öldürüb.

    Həmçinin, bildirilib ki, yaralıların əksəriyyəti şagirddir. Onlardan birinin vəziyyəti ağırdır.

    ***

    11:57

    Türkiyədə məktəbə silahlı hücum olub.

    Bu barədə NTV məlumat yayıb.

    Qeyd olunub ki, hadisə ölkənin Şanlıurfa bölgəsində baş verib. Məktəbə tügənglə daxil olan bir nəfərin ətrafa atəş açması nəticəsində, ilkin məlumata görə, 7 nəfər yaralanıb.