XƏBƏRLƏR / Kriminal

Goranboyda ata qızını bıçaqlayıb

Hadisə rayonun Balakürd kəndində qeydə alınıb

Goranboyda ata qızını bıçaqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Goranboyda 17 yaşlı qızına bıçaqla xəsarət yetirən ata saxlanılıb.

    Goranboy rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ata 1979-cu il təvəllüdlü Rafiq Cəfərov saxlanılıb.

    Xatırladaq ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

    Rafiq Cəfərov övladı 2008-ci il təvəllüdlü şərti adı G.C-yə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

    Yeniyetmə qıza Goranboy rayon Polis şöbəsində Goranboy rayon MX-nın əməkdaşları tərəfindən ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır.

    Faktla bağlı araşdırma aparılır.