XƏBƏRLƏR / Kriminal

Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb

Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib YENİLƏNİB

Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:20

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Bayrağımıza uzanan çirkli əlləri mütləq tapacağıq və bu xainləri mütləq məsuliyyətə cəlb edəcəyik. Milli Müdafiə və Ədliyyə Nazirliklərimiz lazımi araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində səhlənkarlıq edən və ya günahkar olan hər kəsə müvafiq tədbir görüləcək".


    ***

    13:20

    Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb.

    Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

    Nazir bildirib ki, dövlət bayrağına qarşı törədilən təxribatla bağlı araşdırma davam etdirilir.

    Qeyd edək ki, ötən gün Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.