Bakıda Asiya Parlament Assambleyasının iclası işə başlayıb
Sessiyanın sonunda Bakı Bəyannaməsi və yekun hesabatın qəbulu gözlənilir
Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar iclası işə başlayıb
Plenar iclasda 40-a yaxın ölkədən parlament nümayəndə heyətləri, o cümlədən 10-a yaxın spiker iştirak edir.
Tədbir çərçivəsində İcraiyyə Şurasının iclasının, plenar iclasın, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələr üzrə komitələrin iclaslarının keçirilməsi, müvafiq məsələlərin müzakirəsi, bir sıra təşkilati məsələlərə baxılması, habelə sessiyanın sonunda Bakı Bəyannaməsi və yekun hesabatın qəbulu gözlənilir.