XƏBƏRLƏR / Ekologiya

Bakıda balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib

Bakıda balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi (AXA), Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.

    Hər üç dövlət qurumunun mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib.

    Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

    Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Məhəmmədi kəndində göldə balıqların kütləvi ölümünü əks etdirən video görüntülər yayılıb.