Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
Konfransa 35 ölkədən 400-dən çox iştirakçı gələcək
Kosmik Texnologiyalar Konfransı (STC-2025) bu il aprelin 24-25-də Bakıda keçiriləcək.
Tədbir Kosmik Agentliyin (Azərkosmos) Dialogue Events Ltd ilə birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda 35 ölkədən 400-dən çox iştirakçı, o cümlədən kosmik agentliklərin rəhbərləri, özəl və dövlət qurumlarının nümayəndələri, həmçinin investorlar iştirak edəcək. STC-2025 çərçivəsində əsas mövzular müzakirə olunacaq: Yerin məsafədən zondlanması, Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu, kosmik sənayedə innovasiyalar və investisiyalar, peyk texnologiyalarının rolu və davamlı inkişaf.
Qeyd edək ki, aprelin 23-də konfrans ərəfəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kosmik agentlikləri rəhbərlərinin görüşü baş tutacaq.
Tədbir və qeydiyyat haqqında ətraflı məlumatı buradan əldə etmək olar.