Qarabağda enerji doldurma məntəqələri quraşdırılıb
Elektrik avtomobillər Şuşa, Hadrut və Xocavəndə rahat gedib gələ bilərlər
 
                                Şuşa, Hadrut və Xocavənddə elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri quraşdırılıb.
Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Hadrutda strukturun bu ilin 6 ayı ərzindəki fəaliyyətinə həsr olunmuş KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.
“Gələcəkdə “Azərişıq” da xüsusilə yaşıl enerji zonasında elektromobillərdən istifadə etməyi planlaşdırır. Bu cihazları yarımstansiyaların yaxınlığında quraşdırmaq asandır, çünki onlar enerji mənbələrinə yaxındırlar. Gələcəkdə yaşıl enerji zonalarında elektrik avtomobilləri üstünlük təşkil edəcək, ona görə də bütün yarımstansiyalarda enerji doldurma stansiyaları quraşdırılacaq”, - deyə A.Məmmədzadə əlavə edib.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            