XƏBƏRLƏR / Elm və Texnologiya

Rəşad Nəbiyev İlon Maskla görüşdü

Bu barədə Rəşad Nəbiyev "X" (tvitter) hesabında paylaşım edib

Rəşad Nəbiyev İlon Maskla görüşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev amerikalı sahibkar, “SpaceX” şirkətinin qurucusu, eks (keçmiş tviter) sosial şəbəkəsinin sahibi İlon Maskla görüşüb.

    Bu barədə Rəşad Nəbiyev "X" (tvitter) hesabında paylaşım edib.

    “Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq”, - o qeyd edib.