XƏBƏRLƏR / Hərbi

Bakıda Qarabağda şəhid olan əsgərlə vidalaşırlar

Şəhriyar Əlibəyli 44 günlük Vətən Müharibəsi iştirakçısı olub

Bakıda Qarabağda şəhid olan əsgərlə vidalaşırlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 5-də ermənilərin təxribatı nəticəsində şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu Şəhriyar Ramiz oğlu Əlibəylinin meyiti ailəsinə təhvil verilib.

    Şəhidlə vida mərasimi onun Bakının Yasamal rayonunda yaşadığı evdə keçirilir. Əlibəyli İkinci Şəhidlər Xiyabanında dəfn olunacaq.

    Xatırladaq ki, Şəhriyar Əlibəyli 44 günlük Vətən Müharibəsi iştirakçısı olub.