XƏBƏRLƏR / Hərbi

Qazaxıstan dəniz təlimindən sonra quruda hərbi təlim keçirir

Bu barədə ölkənin Müdafiə Nazirliyi xəbər yayıb FOTO

Qazaxıstan dəniz təlimindən sonra quruda hərbi təlim keçirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Xəzərdə keçirdiyi hərbi təlimdən sonra Manqistau bölgəsindəki Oymaşa təlim poliqonunda Qərb Regional Komandanlığının və Respublikanın Quru Qoşunlarının hərbçilərinin iştirak etdiyi çoxmərhələli komandanlıq və qərargah təliminə başlayıb.

    Təlim qoşunların komandanlığına, bölmələrarası koordinasiyaya və dəyişən mühitdə qərar qəbuletməyə yönələcək.

    Təlimin məqsədi hərbçilərin təlimini artırmaq, hərbi komandanlıq orqanlarının əməliyyatların planlaşdırılması və aparılması bacarıqlarını təkmilləşdirmək, qoşunların təyin olunmuş tapşırıqları yerinə yetirməyə hazırlığını yoxlamaq və ordu bölmələrinin uzlaşmasını yaxşılaşdırmaqdır.