Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının iclası başlayıb
“XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq”
Bakıda “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” konfransı və Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEK) üçüncü iclası işə başlayıb.
Tədbirlər Rusiya və Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin imzalanmasının ildönümünə təsadüf edir. Burada Azərbaycanın və Rusiyanın tanınmış politoloqları, Azərbaycan Milli Məclisinin deputatları iştirak edirlər.
Yüksək səviyyəli görüşün açılışında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov salamlama nitqi ilə çıxış ediblər.
Regional təhlükəsizliyə, siyasi əməkdaşlığa, iqtisadi əməkdaşlığa və humanitar sahədə əməkdaşlığın bütün spektrinə təsir edən davamlı müzakirələrin əhəmiyyəti qeyd edilib.