“Komandir, şəhid olsam, bu videom sizdə qalsın” VİDEO
"TRT Haber"in məlumatı
İraqın şimalında terrorçuların hücumu nəticəsində şəhid olan Türkiyə ordusunun hərbi qulluqçusu, Elazığdan olan Kamal Aslanın şəhadətindən əvvəl komandirinə göndərdiyi video yayımlanıb. “Komandir, mən şəhid olsam, bu videom sizdə qalsın. Hörmətlər”, - 22 yaşlı Aslan videoda deyir.
Qeyd edək ki, İraqın şimalında Türkiyə ordusunun 12 hərbçisi şəhid olub. Terrorçulara qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib və onlarla terrorçu zərərsizləşdirilib.