XƏBƏRLƏR / Kriminal

Liseydə müəllimini güllələyən şagird həbs edilib

Bakıda şagird müəllimi güllələyib YENİLƏNİB

Liseydə müəllimini güllələyən şagird həbs edilib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 17:00

    Bakıda "İdrak" liseyində müəllimini gülləməkdə təqsirləndirilən şagird barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

    Bu gün Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə təqdimatla bağlı qərar elan olunub.

    Qərara əsasən, həmin şagird barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    ***

    Liseydə şagirdin güllələdiyi müəllim palataya köçürülüb, vəziyyəti stabildir.

    ***

    2026-02-06 16:30

    Bu gün Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

    Bu barədə KTM-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

    Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.

    ***

    11:01

    Bakıda şagird müəllimi güllələyib.

    İnsident Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “İdrak” Liseyində baş verib.

    10-cu sinif şagirdi Ə.Ş. liseyin 28 yaşlı qadın riyaziyyat müəllimini güllələdiyi bildirilir.

    Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Şəhla Kərimovya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

    Müəllimə atəş açan "İdrak Liseyi" təhsil müəssisəsinin şagirdinin atası Samir Şirinov əvvəllər Sumqayıt İcra Hakimiyyətinin Mənzil və Kommunal Təsərrüfatlar Birliyinin rəis müavini vəzifəsində çalışıb. Hazırda işsizdir.

    TƏBİB xəbər verir ki, bu gün saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

    Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

    Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.