XƏBƏRLƏR / Kriminal

Bakıda silahlı şəxs saxlanıldı

DİN xəbər yayıb

Bakıda silahlı şəxs saxlanıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb.

    DİN-dən verilən məlumata görə, onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 ədəd tapança, 17 ədəd patron və 2 ədəd bıçaq aşkarlanıb. 

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    E.Məmmədovun qanunsuz əməllərindən zərər çəkən şəxslər DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.