Yaponiya səfirliyi İrana görə işini tam dayandırmayıb
Yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb YENİLƏNİB
21:07
Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Dəqiqləşdirilmiş məlumata əsasən, səfirlik fəaliyyətini tam dayandırmayıb.
Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.
Beləliklə, məhdudiyyət yalnız iki günü əhatə edən müvəqqəti xarakter daşıyır.
***
15:58
Yaponiyanın Bakıdakı səfirliyi Yaxın Şərqdə gərginliyin artması fonunda fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.
Səfirlik bu barədə sosial mediada məlumat verib.
"Səfirliyimiz regionda baş verən hadisələr səbəbindən fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Viza müraciətlərinin qəbulu və verilməsi də dayandırılıb. Bunu nəzərə almağınızı və yaranan narahatçılığa görə üzr istəməyinizi xahiş edirik", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, bu Yaxın Şərqdəki gərginliyə görə Azərbaycanda fəaliyyətini dayandıran ilk səfirlikdir.
1 dəqiqə