XƏBƏRLƏR / Hadisə

Bakının Tolstoy küçəsində yanğın tam söndürüldü

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib YENİLƏNİB

Bakının Tolstoy küçəsində yanğın tam söndürüldü
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:04

    Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

    Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

    ***

    13:06

    Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.

    TƏBİB-dən məlumat verilib ki, çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

    Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

    Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.

    Əlavə məlumat veriləcək.

    ***

    11:54

    Bakının mərkəzində binada yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Məlumata görə, "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən binada yanğın baş verməsi barədə barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.