XƏBƏRLƏR / Hadisə

Balakəndə çoban iti yaşlı kişini parçalayaraq öldürüb

Çoban iti əvvəllər də mərhuma hücum çəkərək ona müxtəlif xəsarətlər yetiribmiş

Balakəndə çoban iti yaşlı kişini parçalayaraq öldürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Balakənin Mahamalar kənd sakini nəzarətsiz qalan çoban itinin hücumu nəticəsində xəsarət alaraq ölüb. 

    Mahamalar kənd sakini 83 yaşlı Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən çoban iti ona hücum edib. Çoban itinə heç bir təzyiq göstərə bilməyən Məhəmməd Atayev ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

    Yaxınlarının bildirdiyinə görə, çoban iti əvvəllər də mərhuma hücum çəkərək ona müxtəlif xəsarətlər yetiribmiş. 

    Hadisənin təfərrüatları araşdırılır.