XƏBƏRLƏR / Hadisə

Partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb FOTO

Mebel sexinin ağıntılar altından 4 nəfərin meyiti tapılıb, cinayət işi başlanıb

Partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb  FOTO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 17:19

    Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

    Dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

    Baş Prokurorluğun Mətbuat xidmətində məlumat təsdiqlənib. Qeyd olunub ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.

    ***

    15:41

    Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

    Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    14:55

    Mebel sexində yanğında dağıntılar altından 3 nəfərin meyiti tapılıb, cinayət işi başlanıb.

    ***

    14:50

    Bakıda partlayış olan sexdə yanğın məhdudlaşdırılıb, 24 nəfər xəsarət alıb, ərazidə olanlar təxliyə olunub.

    ***

    14:25

    Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    FHN-in mətbuat xidmətindən bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

    ***

    13:50

    Fövqəladə Hallar Nazirliyi Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış və yanğının nəticələrinin aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirləri davam etdirir.

    Hazırda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

    Sexdəki yanğının lokallaşdırıldığı bildirilir. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

    ***

    12:52

    Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

    TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

    ***

    Mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

    ***

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

    Əlavə məlumat veriləcək.