XƏBƏRLƏR / Mədəniyyət

“Barbi” ən çox gəlir gətirən filmlər sırasında yer alıb

Barbi” rejissor Devid Yeytsin çəkdiyi "Harri Potter 2” filmini üstələyib

“Barbi” ən çox gəlir gətirən filmlər sırasında yer alıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Warner Bros.” kinostudiyasının ərsəyə gətirdiyi “Barbi” filmi cari ildə dünya üzrə şirkət tarixində ən çox gəlir gətirən film kimi qərarlaşıb.

    Kino ekspertlərinin məlumatına əsasən, Qreta Qerviqin rejissoru olduğu ekran əsəri əlavə olaraq keçən həftə sonunda 75 ölkədə 18,2 milyon dollar gəlir əldə edib. Beləliklə, layihənin dünya nümayişlərindən gələn ümumi gəlirləri 1,34 milyard dolları ötüb. Bu cür nəticə ilə “Barbi” rejissor Devid Yeytsin çəkdiyi "Harri Potter 2” filmini üstələyib.

    Qeyd edilir ki, “Barbi” nümayişlərdən əldə olunan gəlir üzrə tezliklə Aron Horvat və Maykl Yelenikin 1,358 milyard dollar gəlir əldə edən “Super Mario qardaşları kinoda” animasiya filmini də keçərək, dünya üzrə ən yaxşı ekran əsəri ola bilər.

    Film “Warner Bros.”la Barbi kuklalarını istehsal edən ABŞ oyuncaq istehsalçısı “Mattel” şirkəti arasında olan əməkdaşlığın nəticəsidir.