XƏBƏRLƏR / Rəsmi

Baş nazir Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti Sərəncam imzalayıb

Baş nazir Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib.

    Dövlət başçısının imzaladığı Sərəncamda deyilir:

    "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədov "Şərəf" ordeni ilə təltif edilsin".

    Qeyd edək ki, Baş nazir Əli Əsədovun noyabrın 30-da 70 yaşı tamam olur.